ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir - FOTOLAR

ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir - FOTOLAR
SOSİAL
10:56 10.12.2025
131
Dekabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) öz işinə başlayıb.

Üç gün davam edəcək konfransda 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislər bir araya gəlib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də təhsil və tədqiqat tərəfdaşı kimi konfransda iştirak edir. Açılış mərasimində iştirak edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafata layiq görülüb.

Konfrans çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov "Hasilat üzrə bütövlüyün idarə edilməsi: Neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Konfransın ilk günündə "Rəqəmsal innovasiya vasitəsilə boru kəmərinin bütövlüyünün artırılması” mövzusunda keçirilən panel müzakirələr ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılovun moderatorluğu ilə aparılıb.

ADNSU konfrans çərçivəsində təşkil olunan sərgidə də öz stendi ilə təmsil olunur. Burada universitetin fəaliyyətini əks etdirən çap materialları, Azərbaycan və ingilis dillərində hazırlanmış broşürlər, neft və sənaye sahəsinə dair kitablar, eləcə də universitetə aid müxtəlif məhsullar nümayiş etdirilir. Sərgi ziyarətçilərinə ADNSU haqqında ətraflı məlumat təqdim olunur.

Qeyd edək ki, üç gün davam edəcək aparıcı sənaye tədbiri aktivlərin bütövlüyü, koroziyanın idarə edilməsi və qoruyucu örtüklər sahəsində ən son yenilikləri, mövcud çağırışları və ən yaxşı təcrübələri müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ekspertləri, texnologiya liderlərini və yüksək səviyyəli rəhbərləri bir araya gətirib. Tədbirdə müasir innovasiyalarla yanaşı, uzun illər sınaqdan keçmiş ən yaxşı təcrübələr də nümayiş olunur. Konfransda 500-dən çox nümayəndə, 50-dən çox ekspert-məruzəçi və 35-dən çox sərgi iştirakçısı təmsil olunur.
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi