ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR

ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
SOSİAL
10:54 04.08.2025
174
Avqustun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) abituriyentlər və valideynlər üçün "Açıq qapı günü” təşkil olunub. Tədbirdə universitetin rektoru, dosent Rüfət Əzizov, fakültə dekanları, struktur bölmə rəhbərləri, gələcək tələbələr və onların valideynləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən rektor Rüfət Əzizov tələbə adını qazanan abituriyentləri və onların valideynlərini təbrik edib. O, ADNSU-da formalaşdırılmış müasir tədris infrastrukturu, beynəlxalq əməkdaşlıq proqramları və universitetin elmi nailiyyətləri barədə məlumat verib. Rektor vurğulayıb ki, bu günə qədər ADNSU 150 mindən çox məzun yetişdirib və həmin məzunlar yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində, sənayenin müxtəlif sahələrinin inkişafında, xüsusilə neft sənayesində mühüm rol oynayıblar.

"Bu gün də universitetimizin hazırladığı ixtisaslı kadrlara ciddi ehtiyac var. Əsas məqsədimiz – dövlətimiz və xalqımız üçün peşəkar mütəxəssislər yetişdirmək, gənclərə yüksək keyfiyyətli təhsil təqdim etməkdir”, – deyə Rüfət Əzizov əlavə edib.

O, həmçinin ADNSU-da həyata keçirilən ikili diplom proqramları, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr, universitetin beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlar və tədris prosesində tətbiq olunan innovativ metodlar haqqında da ətraflı məlumat verib.

Tədbir zamanı universitet haqqında videomaterial nümayiş olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edərək fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib. O qeyd edib ki, universitetdə tələbələrin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda tələbələrin İT və xarici dil biliklərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili və sosial fəaliyyətlərə cəlb olunması ADNSU-nun əsas prioritetlərindəndir.

400-dən çox abituriyentin iştirak etdiyi tədbir interaktiv – sual-cavab formatında davam edib. Rektor Rüfət Əzizov iştirakçıların dərs prosesi, tədris proqramları, yeni layihələr və universitetin gələcək planları ilə bağlı suallarını cavablandırıb.

"Açıq qapı günü” çərçivəsində abituriyentlər ADNSU-nun Tarix Muzeyi, Mineralogiya Muzeyi, Azərbaycan–Türkiyə Dostluq Mərkəzi, kitabxanası, müasir laboratoriyaları və kompüter otaqları ilə tanış olublar. Bu ziyarətlər vasitəsilə onlar universitetin infrastrukturunu yaxından görmək və gələcəkdə təhsil alacaqları mühiti əyani şəkildə qiymətləndirmək imkanı qazanıblar.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
11:54 04.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR