ADNSU-da “Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” keçirilib - FOTOLAR

ADNSU-da “Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” keçirilib - FOTOLAR
SOSİAL
13:46 27.09.2025
464
Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyinin tarazlaşdırılması” mövzusuna həsr olunmuş "Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirin əsas məqsədi Avrasiya ali təhsil məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını araşdırmaq, qlobal təhsil sisteminə inteqrasiya prosesində hər bir universitetin özünəməxsusluğunu qorumağın yollarını müzakirə etmək olub.

Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri – Bakı Dövlət Universitetinin rektoru, dosent Elçin Babayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı Ali Neft Məktəbinin rektoru, dosent Elmar Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Gömrük Akademiyasının rəisi, dosent Qulu Novruzov, həmçinin Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının rektoru, professor Bibigul Nussipzhanova, Qazaxıstan Mülki Aviasiya Akademiyasının prorektoru, professor Kairat Koşekov, Özbəkistan Namangan Dövlət Texniki Universitetinin prorektoru, professor İlhom Abdurahmanov və digər xarici elm və təhsil nümayəndələri, eləcə də ADNSU-nun professor-müəllim heyəti iştirak ediblər.
Tədbiri açıq elan edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən danışıb. O, universitetlərin brendinqi və identiklik məsələlərinin strateji inkişaf üçün vacibliyini vurğulayaraq bildirib ki, rəqəmsal transformasiya və innovativ təhsil metodlarının tətbiqi ali təhsildə yüksək nəticələr əldə olunmasına imkan yaradır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da çıxışında universitetlərin brend strategiyalarının qlobal təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığın ali təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbir panel müzakirələrlə davam edib. "Avrasiya universitetləri – ortaq dəyərlər icması”, "Dəyərlər və missiya: davamlı beynəlxalq inkişaf”, "Avrasiya universitetlərinin rəqəmsal strategiyası”, "Rəqəmsallaşma və süni intellektin universitetlərin qlobal imici və rəqabət qabiliyyətində rolu” kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr Avrasiya universitetlərinin brend strategiyalarının, rəqəmsal transformasiyanın və ali təhsildə milli kimliyin qorunması məsələlərinin geniş təhlilinə həsr olunub.

Görüş çərçivəsində ADNSU ilə Özbəkistanın Namangan Dövlət Texniki Universiteti və Qazaxıstan Mülki Aviasiya Akademiyası, eləcə də digər xarici universitetlərlə ölkəmizi təmsil edən ali təhsil müəssisələri arasında memorandumlar imzalanıb.

Tədbirin sonunda qonaqlar ADNSU-nun Rəqəmsal Energetika və Kibertəhlükəsizlik laboratoriyalarını, həmçinin Tarix və Minerologiya muzeylərini ziyarət ediblər. Universitetin elmi mühiti, laboratoriyaları və tədris imkanları ilə yaxından tanış olan qonaqlar ADNSU-nun potensialını yüksək qiymətləndiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
18:07 05.03.2026
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi