ADNSU ilə Yıldız Texniki Universiteti arasında Memorandum imzalandı - FOTOLAR

ADNSU ilə Yıldız Texniki Universiteti arasında Memorandum imzalandı - FOTOLAR
SOSİAL
12:28 17.04.2025
345
Aprelin 16-da Türkiyənin Yıldız Texniki Universitetinin rektoru, professor Eyüp Debikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
AZXEBER.COM xəbər verir ki, qonaqlar ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüşüblər. 
ADNSU-nun prorektorı və müşavirlərinin, eyni zamanda, Yıldız Texniki Universitetinin prorektoru Vatan Karakaya, rektorun baş müşaviri Özer Çınar, eləcə də Gebze Texniki Universitetinin prorektoru, professor Hasari Çelebi və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibovanın da iştirak etdiyi görüşdə əməkdaşlığın genişləndirilməsindən, tələbə-müəllim mübadiləsindən, ortaq icra olunacaq tədqiqat layihələrindən, eləcə də  magistratura səviyyəsində ikili diplom proqramlarından bəhs olunub. 
Səmimi ortamda keçən görüşdə Yıldız Texniki Universiteti ilə ADNSU arasında bu və ya digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədilə memorandum imzalanıb.
ADNSU-ya səfər çərçivəsində qardaş ölkənin ali təhsil müəssisələrinin rəhbər şəxsləri universitetin Tarix muzeyində, Azərbaycan-Türkiyə Dostluq Mərkəzində, eləcə də Lazer Mərkəzində olublar. ADNSU və UFAZ-ın laboratoriyaları və kompüter otaqları ilə də tanış olan qonaqlar universitetin maddi-texniki bazasının, təhsil üçün yaradılan şəraitin qənaətbəxş olduğunu bildiriblər, onun elmi potensialını və sənaye ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR