Victoria's Secret-in keçmiş modeli Adriana Lima gündəm olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məşhur model Adriana Lima hamiləlikdən sonra xeyli kökəlmişdi.
'The Icon' kampaniyası üçün Victoria's Secret modelləri arasında olan Lima öz formasını bərpa edərək, yenidən gözəlliyi ilə hər kəsi məftun edib.
"The Icon" adlı kampaniya üçün kamera qarşısına keçən adlar arasında Hayli Biber, Adut Akech və Emili Ratajkovski kimi məşhur modellər olub.
Kampaniyanın ən böyük sürprizi Naomi Campbell, Adriana Lima və Gisele Bünchen kimi əfsanəvi adlar olub.
Gülay