Adriana Limadan türk sevgilisinə romantik ismarıc - FOTO

Adriana Limadan türk sevgilisinə romantik ismarıc - FOTO
MAQAZİN
18:11 09.04.2018
8041
Bir qədər əvvəl Türkiyəyə gedib yazar sevgilisi Metin Haranın ailəsi ilə tanış olan braziliyalı model Adriana Lima romantik ismarıc yollayıb. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, model ayrılıq iddialarının əksinə olaraq sosial şəbəkədə Metinlə birgə fotosunu paylaşaraq ona bu sözləri yazıb: "Səndən ötrü çox darıxıram, mənim cinayət ortağım”. 

Xatırladaq ki, tez-tez ayrılıq xəbərləri yayılan Adriana ilə Metin Bodrumda tanış olublar. Çoxları bu münasibəti ciddi qəbul etməsə də, cütlük sevgi etirafları ilə gündəmə gəlir. 
OXŞAR XƏBƏRLƏR