ADU-nun 11 gündür itkin düşən tələbəsi tapıldı

ADU-nun 11 gündür itkin düşən tələbəsi tapıldı
SOSİAL
16:19 02.10.2019
4952
11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a tələbənin atası Əfqan Cəfərov məlumat verib.

Onun sözlərinə görə, polislər oğlunun yerini müəyyənləşdirib:

"Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”.

Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.
OXŞAR XƏBƏRLƏR