ADY: Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir

ADY: Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir
SOSİAL
21:38 15.01.2024
149
Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir.

AZXEBER.COM bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub.

Bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb.
OXŞAR XƏBƏRLƏR