Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) iyun ayında idarə heyətinin iclasından əvvəl üzv dövlətlərlə paylaşdığı məxfi hesabatda İranın təhqiqat altında olan üç yerdə bəyan edilməmiş materiallardan istifadə edərək gizli nüvə proqramı həyata keçirdiyini bildirib.
Bu barədə Reuters məlumat yayıb.
"İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb ki, bu da 24 kiçik məhsuldar nüvə bombası üçün kifayətdir”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, sənəd AEBA-nin Rəhbərlər Şurasının noyabrda verdiyi sorğudan sonra hazırlanıb.
/APA