Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) Tehran arasında İranda yoxlamaların tam bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub, lakin vaxt bitir.
Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi İdarə Heyətinin iclasında bildirib.
Baş direktorun sözlərinə görə, o, prosesin bir neçə gün ərzində başa çatacağını gözləyir.
"İrəliləyiş əldə olunub. Ümid edirəm ki, yaxın günlərdə bu danışıqları uğurla başa çatdıra biləcəyik", - o qeyd edib və yekun razılaşmalar üçün az vaxt qaldığını vurğulayıb.
report