"Aeroflot" və "Rossiya" Ermənistanın Gümrü şəhərinə müntəzəm reyslər üçün icazə alıb

"Aeroflot" və "Rossiya" Ermənistanın Gümrü şəhərinə müntəzəm reyslər üçün icazə alıb
DÜNYA
19:39 17.07.2025
329
"Aeroflot" və onun törəmə aviaşirkəti "Rossiya" Ermənistanın Gümrü şəhərinə müntəzəm reyslər üçün icazə alıb.

Müvafiq icazəni "Rosaviatsiya” verib.

"Aeroflot" Mineralnıye Vodı şəhərindən, "Rossiya" isə Soçidən uçuşlara icazə alıb. Hər iki icazə həftədə 7 dəfəyədək Gümrüyə uçuşlar həyata keçirməyə imkan verir.

Hazırda Ermənistanın "Şirak" hava limanı yalnız bir aviaşirkətə - "Aeroflot"a daxil olan "Pobeda"ya xidmət göstərir ki, o da Moskvadan "Vnukovo" hava limanından uçur.

"Aeroflot" hazırda Ermənistanın paytaxtı İrəvana reyslər təklif edir, uçuşlar Moskvanın "Şeremetyevo", Sankt-Peterburq, Yekaterinburq, Soçi şəhərlərindən həyata keçirilir.

"Rossiya"nın Soçi, Peterburq, Volqoqraddan İrəvana reysləri var.
 
///report
OXŞAR XƏBƏRLƏR