Aeroport yolunda ğır yol qəzası: 3 nəfər yaralandı

Aeroport yolunda ğır yol qəzası: 3 nəfər yaralandı
08:52 26.02.2013
755
Bakıda ağır yol qəzası baş verib. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 21.00 radələrində Hava Limanı yolunda qeydə alınıb. “Qazel” markalı yük maşını “Hyundai” markalı minik maşını ilə toqquşub. Nəticədə 3 nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda həmin şəxslərin kimliyi araşdırılır.Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR