Bakıda yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub.
Bu barədə AZXEBER.COM DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.