Afaq Bəşirqızı koronavirusdan danışdı: "41 yaşı olan doğmamızı xəstəxanaya yerləşdirə bilmirdik"

Afaq Bəşirqızı koronavirusdan danışdı: "41 yaşı olan doğmamızı xəstəxanaya yerləşdirə bilmirdik"
SOSİAL
14:54 19.06.2020
2448
Xəbər verdiyimiz kimi, 21 iyun-5 iyul tarixlərində Bakıda və bir sıra şəhər, rayonlarda sərt karantin qaydaları tətbiq olunacaq.
 
Buna səbəb də ölkədə koronavirusun kəskin şəkildə yayılması və insanların qaydalara riayət etməməsidir.
  
AZXEBER.COM tətbiq olunacaq sərt karantin günlərinə münasibətini öyrənmək üçün xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. 
 
O, açıqlamasında Azərbaycanda vəziyyətin çox pis olduğunu dedi: "Dünən 41 yaşlı olan doğmamızı xəstəxanaya yerləşdirə bilmirdik. Xəstəxanalar doludur. Bütün xəstəxanalar, o cümlədən Gömrük xəstəxanası tutumundan artıq xəstə ilə doludur.
 
Xalq artisti vətəndaşlara müraciət edib: "Hansı dildə, hansı hərəkətlərlə başa salmaq lazımdır ki, özünüzü qoruyun. Əgər insanlar doğurdan da bunu çox yaxşı bilirlərsə, bu onların öz işləridir. Ancaq həddən ziyadə vəziyyət çox ciddidir. Özü də məhz Azərbaycanda. Ona görə də diqqətli olmalıyıq və deyilən qaydalara riayət etməliyik".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR