Azərbaycanın xalq artisti Afaq Bəşirqızı 11 sentyabr saat 16:00-da Park Bulvarın 4-cü mərtəbəsindən yayımlanan "İmza Mən" verlişinin qonağı olacaq.
AZXEBER.COM-un məlumatına görə, tanınmış telejurnalist Səxavət Nurun müəllif və aparıcı olduğu verilişdə Afaq Bəşirqızı ilə bağlı maraqlı faktlar üzə çıxacaq. Verilişdən sonra xalq artisti fanatlarıyla görüşəcək, onlarla şəkil çəkdirəcək, avtoqraf verəcək.
Əgər siz də Afaq Bəşirqızıya daha yaxın olmaq istəyirsizsə sabah saat 16:00-da Park Bulvarın 4-cü mərtəbəsində olun!
Qeyd edək ki, "İmza Mən" verilişi hər həftənin cümə günləri saat 19.30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanır. Verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.
Ozal İbrahimli