Afaq Bəşirqızının məktəb direktoru olan gəlini ilə bağlı - Açıqlama

SOSİAL
14:11 14.08.2020
1018
Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya  ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri olub.

Xatırladaq ki, 7 nömrəli tam orta məktəbin direktoru Həsənova Könül Ədalət qızı Təhsil Nazirliyinin 13.07.2020-ci tarixli əmri ilə Bakı şəhəri 27 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, K.Təhməzova Xalq artisti Afaq Bəşirqızının gəlinidir. 

OXŞAR XƏBƏRLƏR

X Mostbet