Afaq Gəncəlinin hekayəsi hər kəsi kövrəltdi - VİDEO

MAQAZİN
15:36 27.11.2021
1649
Aparıcı Afaq Gəncəli xeyirxah addımı ilə diqqət çəkib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, "Təsir dairəsi” proqramına qonaq olan Afaq verilişə müraciət edən eşitmə məhdudiyyətli Nicatın bahalı qulaq aparatını almağı öz üzərinə götürüb.

Bu zaman proqramın aparıcısı Lalə Azərtaş Gəncəlinin bir neçə il əvvəl vəfat edən azyaşlı oğlu Qədirxandan danışıb.

O, Qədirxanın noyabr ayında vəfat etdiyini deyib. Bu zaman qəhərlənən Afaq Gəncəli göz yaşlarını saxlaya bilməyib. Aparıcının ağlamağı efirdə hər kəsi kövrəldib. Nicat və anası Gəncəliyə təsəlli verərək ona təşəkkür ediblər. 

Qeyd edək ki, Afaqın oğlu Qədirxan 2015-ci ilin noyabrında uzun sürən xəstəlikdən sonra 12 yaşında vəfat edib.

OXŞAR XƏBƏRLƏR