Afaq Məsud: ‘Əkrəm Əylislinin bu əsəri ədəbiyyatımıza qara ləkədir’

Afaq Məsud: ‘Əkrəm Əylislinin bu əsəri ədəbiyyatımıza qara ləkədir’
15:05 30.01.2013
2023

“Mən Əkrəm Əylisini gözəl bir yazıçı, dəyərli ziyalı hesab edirdim.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" ("Каменные сны") əsərini şərh edərkən tanınmış yazar Afaq Məsud söyləyib. Onun sözlərinə görə, Ə.Əylislinin bu əsəri Azərbaycan ədəbiyyatı üçün qara bir ləkədir:

“Bu dəqiqə mən şok vəziyyətindəyəm. Mən Əkrəm Əylisini gözəl bir yazıçı, dəyərli ziyalı hesab edirdim. Amma indi bu fikrimdən daşınıram. İnsanda bir milli ruh olar. Anlaya bilmirəm ki, hansı səbəbdən o bu əsəri yazıb. Bu nə demək istəyir və nə düşünüb bunu yazıb? Sadəcə bu mənim üçün dəhşətdir. Ümumilikdə Azərbaycan ədəbiyyatı üçün bu əsər qara bir ləkədir”.

Qeyd edək ki, yazıçı Əkrəm Əylislinin "Каменные сны" ("Daş yuxular") romanı Rusiyanın "Drujba narodov" jurnalında dərc olunub. Romanda azərbaycanlıların erməniləri öldürməsi və buna bənzər bir sıra məqamlar yazılıb.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR