"Afaq xanım güclüdür və hər şeyə qalib gələcək" - Xalq artisti

"Afaq xanım güclüdür və hər şeyə qalib gələcək" - Xalq artisti
MAQAZİN
14:15 15.10.2025
152
"Afaq Bəşirqızı hazırda sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır".

Bunu AZXEBER.COM-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib.

O, 70 yaşını qeyd edən Xalq artistinə arzularını dilə gətirib:

"Səhnəmizin gülüş ustası, hamımızın dəyərlisi Afaq xanıma əsas can sağlığı arzu edirəm. Çünki o, hazırda səhhəti ilə mübarizə aparır, sağlamlığında ciddi problemlər var. Amma o, həm qadın kimi, həm də insan kimi çox güclüdür. İnanıram ki, hər şeyə qalib gələcək. Afaq xanım bütün xalqın sevimlisidir, şirin dilli, sadə, səmimi insandır. Buna görə də onu hamı sevir və xalqın sənətkarı da belə olmalıdır.

Aysel
OXŞAR XƏBƏRLƏR