AFFA 6 klubu cərimələdi

İDMAN
22:00 23.10.2012
1118
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsinin iclası keçirilib.
AZXEBER.COM-un Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Həmçinin Topaz Premyer Liqasının IX turunun “Turan” – AZAL matçında “Turan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.IX turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının 82-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.. Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.Bundan başqa, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun 48 №-li futbolçusu Əziz Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.Azərbaycan I Divizionunun VI turunun “Qala” – “Şuşa” matçında “Qala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunur. I Divizionunun VI turunun “Tərəqqi” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

OXŞAR XƏBƏRLƏR