Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.
Artıq bu sistemdə qeydiyyata alınanların sayı 25 min nəfəri keçib. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 25001-ci üzvü 1999-cu il təvəllüdlü Nuranə Qafil qızı Əskərzadədir. O, İmişlinin «MKT-Araz» klubunun müvafiq yaş qrupundan ibarət komandasının heyətində AFFA tərəfindən təşkil olunmuş U-15 qızlar Liqasında çıxış edir.