AFFA bu il də «Qəbələ»yə dəstək göstərəcək

AFFA bu il də «Qəbələ»yə dəstək göstərəcək
İDMAN
17:02 13.08.2021
903

Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan çempionatının növbəti mövsümündə də stabil maliyyə dayaqlarına malik olmaq məqsədilə "Qəbələ” ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.

Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA "Qəbələ”yə maddi dəstək göstərəcək. AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə "Qəbələ” İK-nın əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, "Qəbələ” Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək. 

"Qəbələ" klubu daim ölkə futbolunun inkişafına çalışan bu dönəmdə göstərdiyi dəstəyə gorə AFFA-ya təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR