AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Toplantının əsas müzakirə obyekti Topaz Premyer Liqasının XIII turunun oyunlarında mübahisəli məqamlar olub.
“Neftçi” - “Sumqayıt” matçının 35-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə olunub.