AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.
AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Brave Hearts” ("Cəsur ürəklər") adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.
Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.
Layihənin tətbiqinə başlanacaq vaxt barədə əlavə məlumat veriləcək.