AFFA-dan hakimləri söyən futbolçulara SƏRT CƏZA

İDMAN
15:50 01.10.2013
1291

Federasiyanın İntizam Komitəsi bir sıra qərarlar qəbul edib

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasından verilən xəbərə görə, iclasda Azərbaycan premyer-liqasının son turunda baş verən bəzi hallarla bağlı qərarlar çıxarılıb. “Bakı”-“Sumqayıt” oyunundan sonra qonaq komandanın təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir edib. Bu səbəbdən İbişov 5 oyunluq cəzalanıb, klubu 5000 manat ziyana düşüb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov da hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyindən klub daha 2000 manat cərimələnib. “Simurq”-“Qəbələ” matçının 36-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyindən birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Zaqatala klubunun kapitanı “nümunəvi” hərəkətinə görə 4 oyunluq cəzalandırılıb, klubu 4000 manat cərimələnib. (anspress)

OXŞAR XƏBƏRLƏR