AFFA-dan "İrəvan"la bağlı radikal qərar

AFFA-dan "İrəvan"la bağlı radikal qərar
SOSİAL
18:23 12.07.2024
159

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, 2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında "İrəvan"la bağlı yekun qərarın verildiyini deyib:

"İrəvan" komandası AFFA bayrağı altında təşkil edilən bütün yarışlardan uzaqlaşdırıldı. Əsas səbəblərdən biri maliyyə ilə bağlı olan qeyri-stabillik və danışılmış oyunlardır. Onların 8 futbolçusunun adı bu məsələdə hallanırdı. Adıçəkilən klubun əvəzinə hansı komandanın olacağına gəldikdə isə, PFL-lə birlikdə danışıqlar aparılacaq və yaxın zamanlarda açıqlama veriləcək".

OXŞAR XƏBƏRLƏR