AFFA-dan məntiqli qərar: Pandemiyanın pik dövründə futbola niyə ehtiyac yox idi?

AFFA-dan məntiqli qərar: Pandemiyanın pik dövründə futbola niyə ehtiyac yox idi?
İDMAN
13:32 18.06.2020
1123

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

AzxeberSport xəbər verir ki, qərarə əsasən 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və kuboku dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdiriləcək. (12 səs lehinə, 1 səs əleyhinə). Beləliklə, "Qarabağ" çempion elan edilib, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avroliqada ölkəmizi təmsil edəcək. 

Belə olan təqdirdə ortaya sual çıxır. Görəsən, AFFA İcraiyyə Komitəsinin bu qərarı düzgündürmü?

AzxeberSport bununla bağlı kiçik araşdırma aparıb. 

İlk növbədə qeyd etmək lazımdır ki, koronavirus pandemiyası Azərbaycanda pik dövrünü yaşayır. Təkcə dünən ölkəmizdə 329 nəfər virusa yoluxub. Ölüm sayında isə rekord qeydə alınıb: 7 nəfər dünyasını dəyişib.

Belə bir məqamda futbola start verib, ən az 22 nəfəri meydanda üz-üzə qoymaq məntiqli addım deyil. Söhbət təkcə futbolçulardan getmir, burada klubların texniki heyəti, həkimləri, məşqçi heyəti də var. Yəni, ən az 100 nəfəri bir araya gətirmək indiki məqamda çox risklidir. Özü də Nazirlər Kabineti yanında Operativ Qərargah 10 nəfərdən çox insanın bir yerə toplaşmasına icazə vermir. 

Növbəti məqam isə ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlıdır. Hazırda həftəsonları evdən çıxmağa qadağa var və nəzərə alsaq ki, çempionat oyunları həftəsonları keçirilir. Bu o deməkdir ki, turun oyunları həftə içi keçirilməli idi. Bu məqamda isə ölkə kubokunu da nəzərə alsaq, bu o deməkdir ki, futbolçular hər 2 gündən bir meydana çıxmalıdır. Bu indiki məqamda olduqca təhlükəli məqam ola bilərdi. Çünki uzun zamandır məşq etməyən klublar bu yükü qaldıra biləcəkləri inandırıcı deyil.

Başqa bir məqam isə çempionatda "Qarabağ"la ən yaxın izləyicisi arasında olan xalq fərqidir. İndiki məqamda heç kimin şübhəsi yoxdur ki, ağdamlılar aşkar favoritdir və 8 xallıq fərqi əritmək mümkünsüz görünür.

Beləliklə, AFFA-nın qəbul etdiyi qərar ilk növbədə məntiqə və insan sağlamlığınıa söykənir. Bu qərar sosial şəbəkələrdə də təqdirəlayiq qarşılanıb. İdman mütəxəssisləri AFFA-nın çempionatı yekunlaşdırmasını düzgün qərar kimi qiymətləndiriblər. 

Ümid edək ki, Avropaya vəsiqə qazanan klublar bu müddətdə daha yaxşı çalışıb, ölkəmizi layiqincə təmsil edəcəklər. 

OXŞAR XƏBƏRLƏR