AFFA-dan "Neftçi" rəsmisinə ağır cəza

AFFA-dan "Neftçi" rəsmisinə ağır cəza
İDMAN
18:41 04.12.2018
6066
AFFA İntizam Komitəsinin Premyer Liqanın XIII turunda baş tutan "Sabah" - "Neftçi" matçı ilə bağlı qərarları açılanıb.

AZXEBER.COM xəbər verir ki, bu oyunda qırmızı vərəqə almış 3 futbolçu cəzalandırılıb.

Belə ki, "Neftçi"dən Tural Axundov matçın 33-cü, Baqali Dabo 84-cü dəqiqəsində, "Sabah"dan isə Vanderson Silva 70-ci dəqiqə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hər üç futbolçu 1 oyunluq cəzalanıb, klublar hər "qırmızı"ya görə 200 manat cərimələnib.

"Neftçi"nin idman direktoru Ceyhun Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəza alıb. Klub buna görə 16 min manat cərimə ödəyəcək.

Bundan başqa "Neftci” zarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. "Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan "Neftçi” tərəfindən ödəniləcək.
OXŞAR XƏBƏRLƏR