AFFA-dan 'Neftçi'yə və baş məşqçisinə şok cəza

AFFA-dan
İDMAN
16:41 09.04.2013
1543

AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə sərt cəza tətbiq  edib. 

AZXEBER.COM-un qurumun saytına istinadən yaydığı xəbərə görə, komitənin bu gün keçirilən iclasında Topaz Premyer Liqanın XXV turunun “Neftçi” – “Qarabağ” matçında hadisələrə baxılıb.

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 21, 25-ci dəqiqələrində “Qarabağ” klubu, 16, 42 və 72-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr, fişənglərin istifadəsinə və meydançaya atılmasına görə hər iki klub 2000 manat cərimə olunub.

Oyunun 44-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu İqor Mitreski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun fasiləsi zamanı “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Mətbuat konfransında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlətdiyinə görə 10 oyunluq cəzalanıb, klub 20 min manat cərimə olunub.

Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi “Neftçi” klubu 5000 manat cərimə olunub. 

Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə etsinlər.

İntizam Komitəsi hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılmasını və İntizam Komitəsinə məlumat verməyi tapşırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
14:24 06.08.2025
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
Tarixdə bugün - 6 avqust nə günüdür?
14:22 06.08.2025
Tarixdə bugün - 6 avqust nə günüdür?
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
14:15 06.08.2025
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
Durov "teleqram"a geri qayıtdı
14:07 06.08.2025
Durov "teleqram"a geri qayıtdı
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
14:06 06.08.2025
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
"Ayşe Barımın qəfil ölüm riski var" - Həkimlər açıqladı
13:48 06.08.2025
"Ayşe Barımın qəfil ölüm riski var" - Həkimlər açıqladı
İranda təxribat törətmək istəyən agentlər tutuldu: İkisi də edam edildi
13:45 06.08.2025
İranda təxribat törətmək istəyən agentlər tutuldu: İkisi də edam edildi
Qaqauz Muxtar Vilayətinin prezidenti həbs edildi
13:40 06.08.2025
Qaqauz Muxtar Vilayətinin prezidenti həbs edildi