AFFA-dan pankart qadağası ilə bağlı açıqlama

İDMAN
15:00 19.10.2012
1062

AFFA DÇ-2014-ün Rusiya – Azərbaycan oyunu zamanı üzərində “Vətən deyib durmuşuq” dözləri yazılan və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmmədəmin Rəsulzadənin şəkli olan pankartın yığışdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, pankartın AFFA nümayəndəsinin təbəbi ilə yığışdırlması haqda məlumatlar həqiqəti əks etdirmir.

“Sözügedən pankartın yığışdırılması halı baş verib. Amma bu, iddia olunduğu kimi, AFFA nümayəndəsinin tələbi ilə baş verməyib. Stadionda asayişi təmin edən polis əməkdaşlarının tələblərindən sonra pankart yığışdırılıb. Ümumiyyətlə, azarkeşlərimizin yeraldığı tribunada AFFA təmsilçilərindən heç kim olmayıb"– deyə Mikayıl Nərimanoğlu bildirib.

Qeyd edək ki, həmin matçı Moskvadakı “Lujniki” stadionunda izləyən Qol.Az saytının əməkdaşı da pankartın açılmasına məhz polisin mane olmasına şahid olub.

OXŞAR XƏBƏRLƏR