AFFA danışılmış oyunlarla bağlı qərar verdi

İDMAN
12:09 07.03.2013
1157

Apasport.az saytının xəbərinə görə, iclasda assosiasiyanın hüquqşünası Rəmiş Malıyev tərəfindən komitə üzvlərinə nəticəsi əvvəlcədən müəyyənləşdirilən şübhəli oyunlar və bu matçlarla bağlı xüsusi qrupun apardığı araşdırmalar barədə məlumat verilib. 

Komitə üzvləri xüsusi qrupun bilgilərini və digər mənbələrdən AFFA-ya daxil olan məlumatları ətraflı müzakirə edib. Bu zaman əsas diqqət şübhəli oyunlarla bağlı komitənin qəbul edəcəyi müxtəlif növ cəzalar və bunların ağırlıq dərəcəsinə yetirilib. 

Yığıncaqda Avropa Şurası çərçivəsində 2013-cü ildə qəbul olunması nəzərdə tutulan idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya da müzakirə olunub. Yekunda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirlərinin tətbiq olunması və Premyer Liqa yarışlarının intizam qaydalarına daxil edilməsi məsələsi qaldırılsın.

OXŞAR XƏBƏRLƏR