AFFA FİFA-dan xahiş etdi - MƏTN

AFFA FİFA-dan xahiş etdi - MƏTN
İDMAN
00:20 13.04.2012
1391

AFFA FİFA-ya müraciət ünvanlayaraq "Xəzər Lənkəran" klubunun xallarının çıxılması barədə sanksiyanın tətbiq olunmamasını xahiş edib.

"FİFA-nın "Xəzər Lənkəran" klubu ilə bağlı AFFA-ya və kluba ünvanladığı məktubla əlaqədar olaraq bildiririk ki, 13.10.2010-cu il tarixdə FİFA-nın Mübahisələrin Həlli Palatası "Xəzər Lənkəran" FK-nın futbolçu Romulo Silvano Silvaya 30 gün müddətində 114 000 (yüz on dörd min) ABŞ dolları ödəməsi barədə qərar qəbul edib. Qərara əsasən, göstərilən məbləğ ödəniləcəyi vaxta qədər illik 5% cərimənin ödənilməsi də nəzərdə tutulub. 31.10.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinin katibliyi borc ödənilmədiyi üçün kluba qarşı inzibati icraat işi başlayıb və klubdan 21.11.2011-ci il tarixə qədər borcu ödəməyi tələb edib. "Xəzər Lənkəran" FK 29.11.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinə müraciət edərək hazırda borcu ödəmək üçün lazımi vəsaitin olmamasını əsas gətirib və ödəmə müddətini uzatmağı xahiş edib", - AZXEBER.COM-un məlumatına görə, AFFA-nın müraciətində deyilir.

Bundan sonra FİFA-nın Nizam-İntizam Komitəsi 30.11.2011-ci il tarixdə klubun FİFA-nın hüquq orqanının qərarını icra etməməsi barədə məsələyə baxaraq aşağıdakıları qərara alıb:

1. "Xəzər Lənkəran" FK FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunsun.2. "Xəzər Lənkəran" FK FİFA-ya 30 gün müddətində 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəsin.3. "Xəzər Lənkəran" FK-ya borcun ödənilməsi üçün 30 gün vaxt verilsin.4. Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından 6 xal çıxılsın. Xalların çıxılması FİFA-nın tələbinə əsasən yerli assosiasiya tərəfindən həyata keçirilsin.

Bu qərar çıxarıldıqdan sonra "Xəzər Lənkəran" FK 09.02.2012-ci il tarixdə futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri ödəyib. Borc gec ödənildiyi üçün 7573 (yeddi min beş yüz yetmiş üç) ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməyib. Faiz məbləğinin ödənilməməsi barədə futbolçunun agenti FİFA-ya 12.03.2012-ci il tarixdə müraciət edib və klubdan 6 xalın çıxılmasını xahiş edib. Bu şikayət əsasında FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb edib. FİFA tərəfindən AFFA və kluba ünvanlanan sonuncu müraciətdən sonra "Xəzər Lənkəran" FK 30.03.2012-ci il tarixdə əsas borca hesablanmış faizi də ödəyib. Borc tam ödənildikdən sonra AFFA FİFA-ya müraciət ünvanlayaraq klubun xallarının çıxılması barədə sanksiyanın tətbiq olunmamasını xahiş edib.

Hazırda AFFA bu müraciətinə FİFA-nın cavabını gözləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
16:40 13.05.2025
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
16:29 13.05.2025
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
16:29 13.05.2025
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
16:27 13.05.2025
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
16:05 13.05.2025
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
15:58 13.05.2025
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
Magistratura imtahanının nəticələri açıqlandı
15:55 13.05.2025
Magistratura imtahanının nəticələri açıqlandı
İtaliyadakı Etna vulkanı püskürdü
15:45 13.05.2025
İtaliyadakı Etna vulkanı püskürdü
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
15:42 13.05.2025
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
15:17 13.05.2025
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
15:17 13.05.2025
Şərurlu İsfəndiyar məhkəməyə gəldi