AFFA futbolçuları sərt cəzalandırdı

İDMAN
18:50 03.09.2013
1058

Topaz Premyer-Liqasının 5-ci turunun yekunu üzrə AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub.

AZXEBER.COM-un AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, “Sumqayıt” – “Rəvan” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun futbolçusu Ramazan Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.İntizam Komitəsinin qərarına görə, “Bakı” klubu da ciddi cəza ilə üzləşib. Belə ki, klubun futbolçuları Cavid Hüseynov və Aqil Məmmədov “Neftçi” ilə oyunda aqressiv davranışlarına və hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə alaraq oyunu tərk etdiklərinə görə, klub 7 min manat məbləğində cərimələnib. Cavid Hüseynov 3, Aqil Məmmədov isə 4 oyunluq kənarlaşdırılıblar.“Simurq”la oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze min manat məbləğində cərimə ödəməli olacaq.“Qarabağ” və AZAL klubları isə oyunda sarı vərəqə limitini aşdıqlarına görə, hərəsi min manat məbləğində cərimə olunublar.Bundan əlavə, İntizam Komitəsi “Xəzər-Lənkəran”ın 3-cü turda “Qarabağ”a qarşı oyunda Manuel Skarlatakenin aldığı sarı vərəqəyə yenidən baxılması üçün etdiyi müraciəti də nəzərdən keçirib. Oyundan olan videoya baxdıqdan sonra müəyyən edilib ki, futbolçu həmin an qayda pozuntusuna yol verməyib və İntizam Komitəsi Manuel Skarlatakeyə göstərilən sarı vərəqəni ləğv edib.

OXŞAR XƏBƏRLƏR