AFFA hakimləri təhqir edən klub rəsmilərinə ağır cəza verib

AFFA hakimləri təhqir edən klub rəsmilərinə ağır cəza verib
İDMAN
14:15 17.09.2013
1133

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Neftçi” ilə oyunun 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə oradan kənarlaşdırılan “İnter”in baş məşqçisi Kaxaber Sxadadze 1 oyunluq cəzalanıb və klubu 1000 manat cərimələnib (maddə 62). Onun matç başa çatdıqdan sonra mətbuat konfransında ikinci dəfə iştirak etməməsi daha 2000 manat cərimə ilə nəticələnib. Görüşün 83-cü dəqiqəsində “İnter”in futbolçusu Abdulla Abatsiyevlə “Neftçi”nin oyunçusu Bruno Bertuççi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Bu üzdən hər iki futbolçu 1 oyunluq cəzalanıb, klublar hərəyə 200 manat cərimə olunub.

“Rəvan”la matçının 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün onlar 2000 manat ziyana düşüb. “Xəzər Lənkəran” – “Bakı” matçı da cəzalarla zəngin olub. Bakılılar 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün 1000 manat cərimələnib. Oyunun 8-ci dəqiqəsində “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırldığı üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimələnib. Matçın fasiləsi zamanı hakimləri təhqir edən “Bakı”nın baş meneceri Zeynal Məmmədovun da cəzası eyni olub. AZAL - “Qəbələ” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat ödəyəcək. Qarşılaşmanın 50-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Amit Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər bir şəxs 1 oyunluq cəzalanıb. Klub isə 4 rəsmisi ümumilikdə 4000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin məşqçisi Andrey Syomin hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzaya alyıq görülüb və klub 5000 manat cəriməyə məruz qalıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO