AFFA Klublar Komitəsinin 2016-cı ildə sonuncu iclasının vaxtı və yeri müəyyənləşib.
Bu barədə "Report"a komitə sədri Fikrət Hüseynov məlumat verib.
Onun sözlərinə görə, ilin son görüşü dekabrın 23-də "Boulevard Hotel"də keçiriləcək. F.Hüseynov bildirib ki, ilin son iclasında Klublar Komitəsinin sədri vəzifəsinə seçki keçiriləcək və beləliklə, komitəyə 2017-ci ildə rəhbərlik edəcək şəxs müəyyənləşəcək.
Tədbir saat 10:30-da başlayacaq.