AFFA İntizam Komitəsinin növbəti iclasını keçirərək bəzi klubları və futbolçuları cəzalandırıb.AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, iclasda qəbul edilən qərarlara əsasən, fevralın 9-da Premyer Liqanın XIX turunun "Rəvan" - "Turan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.XIX turun AZAL - "Simurq" matçının 62-ci dəqiqəsində "Simurq" klubunun 3 №-li futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.Premyer Liqanın XIX turunun "Qəbələ" - "Qarabağ" matçının 30 və 54-cü dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.Fevralın 10-da XIX turun "Bakı" - "Sumqayıt" oyununun 59-cu dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.XIX turun "Xəzər Lənkəran" - "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.09 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Qəbələ” – “Qarabağ” oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Osman Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).