AFFA koronavirusla bağlı yeni qərarını açıqladı

AFFA koronavirusla bağlı yeni qərarını açıqladı
İDMAN
17:22 09.03.2020
4934

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarla bağlı yeni qərar verilib. 


AzxeberSport xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti 2020-ci il martın 27-dək uzadılıb. Daha əvvəl liqaların oyunlarının təxirə salınması martın 10-a qədər nəzərdə tutulmuşdu. Məktəblərdə dərslər də həmin tarixə qədər dayandırılıb.


Qeyd edək ki, buna koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin davam etdirilməsi səbəb olub.

OXŞAR XƏBƏRLƏR