AFFA legioner limitini dəyişdi

İDMAN
14:49 14.08.2013
1314

Topaz Premyer Liqasında legioner limiti yenə dəyişdirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsi 2014/15 mövsümü üçün yeni limit tətbiq edəcək.  Qarşıdakı mövsümdən komandalar meydanda 6-dan artıq legionerə güvənə bilməyəcək. Meydanda yer alacaq 5 yerli futbolçudan ikisi isə 21 yaşa qədər olmalıdır. Qeyd edək ki, cari mövsümdə tətbiq olunan limitə əsasən, meydanda 7 legioner ola bilər. 4 yerli futbolçudan biri isə mütləq 21 yaşadək olmalıdır. Cari mövsüm üçün bu yaş 1992-ci il təvəllüdlülərə şamil olunur

OXŞAR XƏBƏRLƏR