AFFA "Neftçi"nin məşqçisini cəzalandırdı

İDMAN
17:08 27.05.2014
1416
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda qərara alınıb ki, mayın 22-də Azərbaycan kuboku uğrunda yarışın "Qəbələ" - "Neftçi" final matçının 90-cı dəqiqəsində "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılsın, klub 1000 manat cərimə olunsun.
Oyunun 104-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
OXŞAR XƏBƏRLƏR