AFFA-nın baş katibi “Bavariya” - “Çelsi” oyununa təyinat aldı

İDMAN
15:28 26.08.2013
1484

AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. Avqustun 30-da, Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək UEFA Super Kuboku uğrunda oyunun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.

Xəbər verdiyimiz kimi, avqustun 30-da UEFA Superkuboku uğrunda görüşdə "Bayern Münhen"lə "Çelsi" üz-üzə gələcək.

AZXEBER.COM-un məlumatına görə, oyunun protokoluna AFFA-nın baş katibi Elxan Məmmədovun da adı yazılacaq.

Belə ki, Elxan Məmmədov məsul görüşə UEFA nümayəndəsi olaraq təyin edilib.  

Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

OXŞAR XƏBƏRLƏR