FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin başa çatmasından artıq 1 həftədən çox zaman keçib. Hazırlığına 2 il öncədən başlanılmış bu böyük futbol tədbirinin təşkilində daha öncə də dəfələrlə qeyd etdiyimiz kimi 1000-dən çox könüllü iştirak edibr. Könüllülərin müraciəti, seçimləri, təlimlərinə isə 7 aydan çox vaxt sərf olunub.Çempionatın ən rəngarəng tərəflərindən biri olan könüllülük proqramına gənclərin marağı böyük idi. Onlar arasında daim YTK-nın təşkil etdiyi tədbirlərdə iştirak edən, çempionata yaxından maraq göstərən və yaşı bu proqram üçün yaş məhdudiyyətinin altında olmasına baxmayaraq inadla könüllü olma istəyini dilə gətirən, bunun üçün rəsmi müraciət edən 14 yaşlı könüllü də var idi. Çempionat müddətində media, kommunikasiya departamentində fəaliyyət göstərən bu gənc könüllü - Hüseyn Abbasov - öz aktivliyi və iş bacarığı ilə bütün YTK əməkdaşlarının sevgisini qazanmışdır.Qeyd edək ki, oktyabrın 20-də yekun sertifikatları ilə təmin olunan könüllülər arasında H. Abbasov da öz yerini almışdı. Həmin gün 15 yaşına qədəm qoyan ən gənc könüllünü AFFA-nın baş katibi və YTK-nın sədri Elxan Məmmədov xüsusi təbrik edərək çempionatın hədiyyə paketini təqdim etmişdir.