AFFA Qarabağı cəzalandırdı

İDMAN
13:45 09.05.2014
1524
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AZXEBER.COM-un PFL-in saytına istinadən xəbərinə görə, iclasda Azərbaycan Premyer Liqasının 34-cü turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib. Azərbaycan Premyer Liqasının 34-cü turunun “Qarabağ” – “İnter” matçının 75 və 80-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının 34-cü turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Azərbaycan Premyer Liqasının 34-cü turunun AZAL – “Neftçi” matçının 58-ci dəqiqəsində AZAL klubunun futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib.
Oyunun 86-cı dəqiqəsində AZAL klubunun futbolçusu Murad Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının 34-cü turunun “Rəvan” – “Simurq” matçının 73-cü dəqiqəsində “Simurq” klubunun futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
OXŞAR XƏBƏRLƏR