AFFA rəhbərliyi Emin Mahmudovu yığmamıza çağırır

İDMAN
09:09 09.02.2011
1894

Azerisport.az xəbər verir ki, AFFA hazırda bu yöndə futbolçuyla danışıqlar aparır və mümkündü ki, 1992-ci il təvəllüdlü həmyerlimiz milli komandamızın dəvətini qəbul etsin.

Qeyd edək ki, vaxtilə Lənkəranda anadan olmuş, sonradan valideynləri ilə birgə Rusiyaya köçən, hazırda da bu ölkənin vətəndaşlığını daşıyan Emin “Saturn”da ötən mövsümkü çıxışı ilə tanındı. Lakin bu yaxınlarda maliyyə problemləri ilə üzləşən bu klubun dağılmasından sonra azərbaycanlı futbolçu Moslkva “Spartak”ına keçdi.

Elə paytaxt klubunda da Mahmudovun işlərinin pis getdiyini düşünmək olmaz. Çünki komandanın İspaniyadakı təlim-məşq toplanışının son günündə Rumıniyanın "Sportul Studentsesk" komandası ilə yoldaşlıq görüşündəki 2:1 hesablı qələbəsində həmyerlimizin də əməyi olub. O, görüşün 82-ci dəqiqəsində 20 metrlik məsafədən gözəl və qüvvətli zərbə ilə komandasının qələbə qoluna imza atıb. Qeyd edək ki, bu, Mahmudovun "Spartak"ın heyətində ilk qolu olub.


OXŞAR XƏBƏRLƏR