AFFA rəhbərliyi və Berti Foqtsdan yenilik

İDMAN
16:12 10.02.2012
1448

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) rəhbərliyinin və Azərbaycan milli komandasının baş məşqçi Berti Foqtsun qərarına əsasən, Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçiləri millinin fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.

OXŞAR XƏBƏRLƏR