AFFA “Rəvan”ı 3100 manat cərimələdi

İDMAN
17:00 29.10.2013
976

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.

AZXEBER.COM-un PFL-in saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Superkuboku uğrunda “Xəzər-Lənkəran” – “Neftçi” oyununda hər iki komanda sarı kart limitini aşdığına görə, hərəsi 1000 manat cərimə olunub.Sadio Tounkaronun aldığı ikinci sarı karta görə, “Xəzər-Lənkəran” klubu daha 200 manat cərimə ödəməli olacaq.Topaz Premyer-liqasının 11-ci turunda “Rəvan” və “Bakı” komandaları arasında keçirilən oyunda meydan sahibləri sarı kart limitini aşdığına görə 1000 manat cərimə ödəməli olacaqlar. Bundan əlavə, “Rəvan” klubundan Miloş Adamoviçin hakimi təhqir etməsi nəticəsində aldığı qırmızı karta görə, oyunçu 4 oyundan kənarlaşdırılıb, klub isə 2000 manat cərimə ödəyəcək. Orxan Lalayev isə aldığı ikinci sarı karta görə bir oyundan kənarlaşdırılıb, klub isə 100 manat cərimə ödəməli olacaq.

OXŞAR XƏBƏRLƏR