AFFA VAR layihəsi ilə bağlı tender elan edir

AFFA VAR layihəsi ilə bağlı tender elan edir
İDMAN
21:20 08.05.2021
601
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək. Bu cür xidmətlərin tətbiq edilməsi üçün bütün iştirakçıların FİFA lisenziyası/icazəsi olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

Müraciət edənlər bir və daha çox təklif göndərə bilərlər.

Tenderin müddəti: 30 gün (son tarix: 7 iyun 2021-ci il, saat 16:00)

Ödəniş şərtləri: 35% ödəniş müqavilə imzalandıqdan, 65% ödəniş iş təhvil verildikdən sonra

Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
OXŞAR XƏBƏRLƏR