AFFA "Xəzər Lənkəran"ın pulunu ödədi

AFFA "Xəzər Lənkəran"ın pulunu ödədi
İDMAN
18:20 27.12.2016
1064
AFFA klubu UEFA tərəfindən üzvləri milli komandaların heyətində çıxış edən klublar üçün ayrılmış məbləği "Xəzər Lənkəran"ın hesabına köçürüb. "
 
AZXEBER.COM-un məlumatına görə, klubun borcu olduğundan AFFA Avropa futbol qurumuna məktub ünvanlayaraq tövsiyəyə ehtiyac olduğunu bildirib. UEFA isə öz növbəsində AFFA-nın 120 583 68 avronu klubun hesabına köçürməsini istəyib. Hazırda vəsait klubun hesabına köçülürüb. Eyni zamanda, "Xəzər Lənkəran" AFFA və Peşəkar Futbol Liqasına olan borcunu ödəyəcək.
OXŞAR XƏBƏRLƏR