Afinada kritik addım: Konstitusiya dəyişikliyi prosesi başlayır

Afinada kritik addım: Konstitusiya dəyişikliyi prosesi başlayır
DÜNYA
15:21 02.02.2026
235
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkədə 1975-ci ildə qəbul olunmuş mövcud Konstitusiyaya düzəliş edilməsi üçün prosesə start verildiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, video mesajla çıxış edən Mitsotakis bildirib ki, Yunanıstan bu gündən etibarən Konstitusiya dəyişikliyi ilə bağlı ictimai dialoqa başlayır. O, eyni zamanda hakim Yeni Demokratiya Partiyasının lideri olduğunu xatırladaraq, əvvəlcə partiyasının parlament qrupundan mart ayına qədər Konstitusiya düzəlişləri ilə bağlı təkliflərini təqdim etmələrini istədiyini qeyd edib.

1975-ci ildə hazırlanmış mövcud Konstitusiyaya toxunan Mitsotakis deyib:

"Bu sənəd təxminən 50 il ərzində ölkədə siyasi sabitlik və nizamı təmin edib. O, canlı bir mətndir. Digər tərəfdən, bu fakt onun 20-ci əsrə aid olduğu gerçəyini dəyişmir.”

Baş nazir süni intellekt, iqlim böhranı və müasir dünyanın qarşılaşdığı yeni çağırışların nəzərə alınmasının vacibliyini vurğulayaraq, yeni dövrün tələblərinə cavab verən Konstitusiya dəyişikliklərinə ehtiyac olduğunu bildirib.

Mitsotakis, həmçinin nazirlərin vəzifədə olarkən törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunması, "dərin dövlət” anlayışına qarşı mübarizə, eləcə də dövlət idarəçiliyində şəffaflığın artırılması üçün davamlı hüquqi əsasların yaradılmasının zəruriliyini qeyd edib.

Konstitusiya dəyişikliyi çərçivəsində Baş nazir prezidentin yalnız bir dəfə, 6 illik müddətə seçilməsi və hakimlərin yüksək məhkəmə orqanlarının seçilməsində daha çox səlahiyyətə malik olması kimi təkliflərini də ictimaiyyətlə bölüşüb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR