Keniyada hökumətin BVF-nin təzyiqi ilə çörək və yağ da daxil olmaqla bir çox əsas məhsulların vergilərini artırmaq planı insanları küçələrə çıxarıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Keniyada vergilərin artırılması planına qarşı ölkənin hər yerində keçirilən etirazlarda polislə nümayişçilər arasında şiddətli toqquşmalar olub.
Dünən bir çox şəhərdə nümayişçilər hökumətin 2,7 milyard dollarlıq əlavə vergi toplamaq planına qarşı küçələrə çıxıb. Qarşıdurmalarda 1 nəfər ölüb, azı 200 nəfər yaralanıb, 100-dən çox adam saxlanılıb.
Polis paytaxt Nayrobidə minlərlə insana təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edərkən, insan haqları təşkilatları nümayişçilərə qarşı real güllələrdən də istifadə edildiyini bildirib.
29 yaşlı etirazçının aparıldığı xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb. Keniya polisinin qeyri-mütənasib güc tətbiqinə reaksiya verən hüquq müdafiə təşkilatları əksəriyyəti gənclərdən ibarət nümayişçiləri sakit olmağa çağırıb.
Ayşən