Afrikada 15 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var

DÜNYA
14:22 15.10.2024
256
Afrikanın cənubunda ərzaq böhranı səbəbiylə bu aydan etibarən bölgədə 15 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, 40 ilin ən şiddətli quraqlığı bu böhrana səbəb olub.
 
El Nino hava hadisəsi səbəbindən Afrikanın cənubunda, xüsusilə Zambiya, Malavi, Zimbabve, Mozambik, Namibiya, Anqola, Botsvana və Lesotoda son 40 ilin ən şiddətli quraqlığı yaşanıb. Bu quraqlıq 2023-cü ilin iyul ayından bu yana davam edir.
 
Bölgə ölkələri ərzaq ehtiyatlarının tükənməsi səbəbindən ciddi ərzaq böhranı ilə üzləşir.
 
Digər tərəfdən, qida çatışmazlığı və susuzluq səbəbiylə önümüzdəki aylardan etibarən bölgədə epidemiya xəstəliklərində sıx artım gözlənilir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR